Ronaldo 16 ildən sonra

Ronaldo 16 ildən sonra

Kriştiano Ronaldo daha bir uğursuzluğa düçar olub. O, 16 ildən sonra ilk dəfə mövsümü titulsuz tamamlayacaq.

Portuqaliyalı superulduzun formasını geyindiyi “Mançester Yunayted” Çempionlar Liqasında da mübarizəni dayandırıb. 1/8 final mərhələsində “Atletiko” ilə qarşılaşan “qırmızı şeytanlar” iki oyunun cəmində 1:2 (1:1, 0:1) məğlub olaraq, avrokuboklarla vidalaşıb. Bununla “mankunianlar” cari mövsüm bütün turnirlərdən kənarlaşdırılıb. Komanda yalnız İngiltərə Premyer Liqasında çıxış edir ki, orada da çempionluq şansı, demək olar ki, qalmayıb.

Qeyd edək ki, Premyer Liqada 29 turdan sonra aktivində 50 xal olan “Mançester Yunayted” lider “Mançester Siti”dən 20 xal geri qalır.

ETOPAZ

Əvvəlki yazı

Kudermetova karyerasında ilk dəfə

Növbəti yazı

Lovren Rusiya klubundan ayrılacaq