Rojerio Seni yenidən “San-Paulu”da

Rojerio Seni yenidən “San-Paulu”da

Braziliyanın “San-Paulu” klubunun sabiq qapıçısı Rojerio Seni komandanın baş məşqçisi təyin olunub. 48 yaşlı braziliyalı istefaya göndərilən Ernan Kresponu əvəzləyib.

Seni ilə müqavilə də imzalanıb. O, 2022-ci ilin sonuna qədər komandaya rəhbərlik edəcək.

Əfsanəvi qolkiper ikinci dəfə “San-Paulu”nun “sükanı arxası”na keçib. O, 2017-ci ildə də kluba rəhbərlik edib. O, həmçinin “Flamenqo”, “Kruzeyro” və “Fortaleza”nın baş məşqçisi olub.

Xatırladaq ki, “San-Paulu” 25 turdan sonra Braziliya çempionatında 13-cü pillədə qərarlaşıb.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 14.10.2021

Növbəti yazı

Zverevdən ilk