“Reyncers”dən antirekord

“Reyncers”dən antirekord

“Reyncers” Çempionlar Liqasının qrup mərhələsinin son turunda “Ayaks”a 1:3 hesabı ilə məğlub olub. Bununla Şotlandiya klubunun vurduğu və buraxdığı qolların göstəricisi mənfi 20-yə çatıb.

Qrupu xalsız tamamlayan Covanni van Bronkhorstun yetirmələri 6 oyunda 2 qol vurub, 22-ni buraxıb. Bu isə Çempionlar Liqasının qrup mərhələsindəki 6 oyuna görə antirekorddur.

Qeyd edək ki, “Reyncers” qrupda axırıncı yeri tutaraq avrokuboklarla vidalaşıb.

ETOPAZ

Əvvəlki yazı

Donnarummaya yeni müştəri

Növbəti yazı

Günün kuponu – 04.11.2022