Günün kuponu – 04.11.2022
“Udineze” – “Leççe” 1
“Udineze” mövsümə yaxşı başlasa da, son vaxtlar işlər istənilən kimi getmir. Udine klubu artıq 5 oyundur ki, qələbə qazana bilmir.
17-ci pillədə olan “Leççe”ni təhlükəli zonadan cəmi 2 xal ayırır.
Meydan sahiblərinin heyətində əsas müdafiəçilərdən braziliyalı Rodriqo Bekao zədəlidir.
“Udineze” “qara zolaq”dan çıxmaq üçün mütləq öz meydanında qalib gəlməlidir.
“Borussiya Münhenqladbax” – “Ştuttqart” QOL/QOL
Münhenqladbax klubunun heyətlə bağlı ciddi problemləri var. Komandanın əsas qapıçısı Yan Zommer də zədəli olduğu üçün “Ştuttqart”a qarşı forma geyinə bilməyəcək. “Münhenqladbax” son 6 oyunda qapısının toxunulmazlığını qoruyub saxlaya bilməyib. Bu, komandanın müdafiə xəttində problemlər olduğunu göstərir.
“Ştuttqart” Dortmund səfərində 0:5 uduzduqdan sonra ötən tur öz meydanında “Ausburq”u 90+1-ci dəqiqədə vurduğu qolla məğlub etdi – 2:1.
Bu komandalar arasında son 5 oyunda qol\ qol qeydə alınıb.
“Turan Tovuz” – “Şamaxı” 1
Heyəti ancaq yerli futbolçulardan ibarət olan “Şamaxı” hələ ki ciddi məqsədləri həll edə biləcək komanda deyil.
“Turan” isə artıq dəfələrlə sübut edib ki, öz meydanında azarkeşlərin dəstəyi ilə daha yaxşı oynayır. Son matçda da “Sumqayıt” üzərində 88-ci dəqiqədə əldə olunan qələbədə də (1:0) tərəfdarların böyük rolu oldu.
Bu görüşdə də favorit Ayxan Abbasovun komandasıdır.