Reşford zədələndi
İngiltərə millisinin və “Mançester Yunayted”in futbolçusu Markus Reşford zədələnib. Hücumçu yığmanın Malta ilə görüşündə xəsarət alıb.
26 yaşlı futbolçu komanda yoldaşı Trent Aleksandr-Arnoldla toqquşmada zədələnib. Bu üzdən də Reşford əvəzlənib. Bu görüşdə İngiltərə 2:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Reşford cari mövsümün 16 matçında 1 qol və 3 assistə imza atıb.