“Tottenhem”in Rafinya planı
“Barselona”nın futbolçusu Rafinya karyerasını yenidən İngiltərədə davam etdirə bilər. Braziliyalı hücumçu “Tottenhem”in hədəfinə düşüb.
London klubu 26 yaşlı cənubi amerikalının keçidini qışda həll etmək istəyir. İspaniya təmsilçisi də forvardla vidalaşmağa razıdır.
Rafinya 2022-ci ilin yayında “Lids”dən transfer olunub. O, cari mövsümün 11 matçında 2 qol və 3 assistə imza atıb.