Rekord transfer

Rekord transfer

“Çelsi” heyətinə yeni futbolçu qatacaq. Yarımmüdafiəçi Moyses Kaysedo London təmsilçisinə keçəcək.

Bununla bağlı futbolçunun forma geyindiyi “Brayton”la razılıq əldə olunub. Bu transfer İngiltərə Premyer Liqası çərçivəsində rekord məbləğə baş tutacaq.

Paytaxt təmsilçisi 21 yaşlı yarımmüdafiəçi üçün 115 milyon funt sterlinq ödəyəcək. “Brayton” ekvadorlunun sonrakı satışından bonus qazanacaq. Futbolçu tibbi müayinədən sonra “zadəganlar”la 2031-ci ilə qədər müqavilə imzalayacaq.

ETOPAZ

Əvvəlki yazı

Kanseloya İspaniyadan təklif

Növbəti yazı

Milliyə iki namizəd