“Real”ın hədəfindəki braziliyalı

“Real”ın hədəfindəki braziliyalı

“Real” Braziliyada yeni istedad tapıb. İspaniya klubu 16 yaşlı Endriki heyətinə qatmağı planlaşdırır.

“Palmeyras”ın yeniyetmə oyunçusu üçün 30-35 milyon avro ödəniləcəyi gözlənilir. Onun müqaviləsindəki sərbəstqalma qiyməti 60 milyon təşkil edir.

PSJ-nin 20 milyonluq təklifini rədd edən “Palmeyras” məhz 30-35 milyona razılaşacaq. Amma onun gələcək inkişafı kluba əlavə bonuslar gətirəcək.

Endrik “Palmeyras”ın tarixində qol vuran ən gənc futbolçudur. O, 16 yaş 3 aylığında bunu bacarıb.

Qeyd edək ki, Endrik yalnız 2024-cü ilin yayında 18 yaşı tamam olduqdan sonra Avropa klubları ilə müqavilə imzalaya bilər.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 27.10.2022

Növbəti yazı

PSJ-də itki