Sürpriz kupon – 27.10.2022
“Mançester Yunayted” – “Şerif” ALT2.5
İddialı ingilislər rəqibi 6 xal qabaqlayır. Premyer liqada son turda “Çelsi” ilə səfərdə 1-1 oynayan Ronaldonun komandası sürpriz imkan verməli deyil. Əksər mərc həvəskarları bu oyunda ÜST2.5 gözləyir. Mən isə risk edərək ALT2.5 seçimini edirəm.
“Fiorentina” – “Başakşəhər” QOL/QOL
Artıq növbəti mərhələyə vəsiqəni təmin edən Türkiyə təmsilçisi 5-ci turda izləyicisi “Fiorentina”nın qonağı olacaq. İlk oyunda doğma meydanda 3-0 hesablı qələbə qazanan “Başakəhər” proqnozları alt-üst etdi. İndi revanş zamanıdı. A seriyasında son turda “İnter”ə uduzan meydan sahibləri azarkeşləri qarşısında bərabər almağa çalışacaq.
“Sivasspor” – ÇFR Kluj QOL/QOL
G qrupunda eyni zala malik klublar Türkiyədə qarşılaşacaq. Hər ikisinin 7 xalı var. İlk matçda Türkiyə klubu 1-0 hesablı qələbə qazanıb. Qalib gələn tərəf növbəti mərhələni təmin edəcək. Heç-heçə olacağı təqdirdə son tur həlledici olacaq.