“Real”ın hücumçusu “Sevilya”da

“Real”ın hücumçusu “Sevilya”da

“Sevilya” heyətinə yeni futbolçu qatıb. Bunu İspaniya klubunun mətbuat xidməti açıqlayıb.

Mariano Dias Sevilyanın eyniadlı komandasında forma geyinəcək. Hücumçu ilə 2025-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanacaq.

30 yaşlı forvard yeni klubuna azad agent kimi keçib. 2017-ci ildən “Real”a məxsus olan Diasın madridlilərlə müqaviləsi başa çatıb.

ETOPAZ

Əvvəlki yazı

Oriqi İngiltərə klubunda

Növbəti yazı

“Qarabağ”ın qrup oyunlarının təqvimi