“Real”ın futbolçusu İtaliya klubunda

“Real”ın futbolçusu İtaliya klubunda


İspaniyanın “Real” klubunun futbolçusu Alvaro Odriosola karyerasını İtaliyada davam etdirə bilər. O, “Fiorentina”ya icarəyə veriləcək. Bu keçidlə bağlı iki klub arasında razılıq əldə edilib. Alvaro mövsümün sonuna qədər Florensiya təmsilçisində oynamalıdır. Lakin A seriyası təmsilçisi ilə futbolçunun özü arasında danışıqlar hələ yekunlaşmayıb.
Odriosola ötən mövsümün 16 oyununda 2 qol vurub.

ETOPAZ

Əvvəlki yazı

NBA-dan İsrailə

Növbəti yazı

Ronaldo “Mançester Siti”də?