“Real”dan 500 milyon avro

“Real”dan 500 milyon avro

“Real”ın Kilian Mbappeyə çəkəcəyi xərc bəlli olub. İspaniya klubu ulduz hücumçu üçün böyük pul xərcləyəcək.

25 yaşlı fransalı “kral klubu”na təxminən 500 milyon avroya başa gələcək. Buna hücumçunun 5 illik maaşı və imza bonusu daxildir.

Mbappenin “Real”a transferi mövsümün sonunda dəqiqləşəcək. PSJ ilə müqaviləsi iyunun sonunda başa çatacaq forvard azad agent kimi Madrid nəhənginə qoşulacaq.

ETOPAZ

Əvvəlki yazı

“Atletiko”nun gözü Alonsoda

Növbəti yazı

“Sabah”dan ev qələbəsi