“Atletiko”nun gözü Alonsoda
Markos Alonso “Atletiko”ya keçə bilər. Madrid klubu yayda müqaviləsi başa çatacaq futbolçunu azad agent kimi heyətinə qatmağı planlaşdırır.
Mario Ermoso və Aksel Vitselin anlaşmaları başa çatacaq. Onların gedişi “Atletiko”nu yeni oyunçu ilə güclənməyə vadar edir.
33 yaşlı Markosun universallığı Dieqo Simeonenin diqqətini çəkib. O, futbolçunu sərəncamında görmək istəyir.
Qeyd edək ki, Alonso cari mövsüm 7 oyuna çıxıb.