“Real”da yeni müqavilə

“Real”da yeni müqavilə

İspaniyanın “Real” klubu Luka Modriçlə müqavilənin müddətini uzadıb. Bunu Madrid klubunun mətbuat xidməti açıqlayıb.

36 yaşlı yarımmüdafiəçi ilə bir illik yeni anlaşma imzalanıb. Xorvatiyalı oyunçu 2023-cü ilin yayına qədər “Kral klubu”nda qalacaq. O, 2012-ci ildən “Real” formasını geyinir.

ETOPAZ

Əvvəlki yazı

İqudala 3-cü matçı da buraxa bilər

Növbəti yazı

İkardi PSJ-yə lazım deyil