“Real” və “Napoli”dən qələbə

“Real” və “Napoli”dən qələbə

Çempionlar Liqasında 1/8 final mərhələsinin oyunları keçirilir. Bu gün daha 2 qarşılaşma baş tutub.

“Liverpul” “Real”ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. 4-cü dəqiqədə Darvin Nunez hesabı açıb. 10 dəqiqə sonra isə Məhəmməd Salah fərqi 2 topa çatdırıb. Lakin “kral klubu” oyunda dönüş etməyi bacarıb. Vinisius Cunior və Kərim Benzema dubla imza atıbsa, Eder Militao da adını tabloya yazdırıb – 5:2.

Digər matç isə Almaniyada baş tutub. “Ayntraxt” “Napoli”ni qəbul edib. Qarşılıqlı hücumlarla keçən matçın 36-cı dəqiqəsində hakim frankfurtluların qapısına penalti təyin edib. Lakin Xviça Kvaratsxeliya dəqiq ola bilməyib. Neapollular istəyinə bundan 4 dəqiqə sonra çatıb. Viktor Osimhen fərqlənib. Oyunda son nöqtəni isə Covanni di Lorenzo qoyub – 2:0.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”da yeni müqavilə

Növbəti yazı

Günün şansı – 23.02.2023