“Real” Sebalyosla müqaviləni uzadır

“Real” Sebalyosla müqaviləni uzadır

“Real” yarımmüdafiəçi Dani Sebalyosla ilə yeni müqavilə imzalamaq niyyətindədir. 25 yaşlı futbolçuya sözləşmənin uzadılması ilə bağlı rəsmi təklif də gəlib.

Onun “kral klubu” ilə hazırki müqaviləsi 2023-cü ilin yayında başa çatacaq. Komandanın baş məşqçisi Karlo Ançelotti rəhbərliyə futbolçunu istədiyini bildirib.

Qeyd edək ki, Sebalyos zədə səbəbindən mövsümün ilk hissəsini buraxıb. Yanvarda yaşıl meydanlara dönən yarımmüdafiəçi 15 oyun keçirib və 1 məhsuldar ötürmə edib.

ETOPAZ

Əvvəlki yazı

“Arsenal”ın ikincisi

Növbəti yazı

“Sabah”dan səfər qələbəsi, “Azersun Arena”da bərabərlik