“Real” Benzema ilə yeni müqaviləni razılaşdırdı

“Real” Benzema ilə yeni müqaviləni razılaşdırdı


İspaniyanın “Real” klubu futbolçusu Kərim Benzema ilə müqaviləni uzadacaq. Madrid təmsilçisi artıq fransalı hücumçu ilə anlaşmanın detallarını razılaşdırıb. Yeni müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. Forvardla əvvəlki razılaşma 2022-ci ilin yayında başa çatmalı idi.
Fransa millisi ilə AVRO-2020-də olan Benzema ötən həftə məzuniyyətdən “Real”ın düşərgəsinə qayıdıb.

ETOPAZ

Əvvəlki yazı

Lebron Ceymsin komandasında görmək istədiyi ulduz

Növbəti yazı

UEFA ilin ən yaxşılarına namizədləri açıqladı