Ranyeri yenidən Premyer Liqada
İngiltərənin “Uotford” klubunun yeni baş məşqçisi müəyyənləşib. Premyer Liqa təmsilçisini italiyalı mütəxəssis Klaudio Ranyeri çalışdıracaq.
69 yaşlı mütəxəssisin təyinatı yaxın müddətdə rəsmən açıqlanacaq. Onunla 2 illik müqavilə imzalanacaq.
Ranyeri əvvəllər də Premyer Liqada çalışıb. O, “Çelsi”, “Fulhem” və “Lester”ə rəhbərlik edib.
Xatırladaq ki, Ranyeri istefaya göndərilən Xiskonu əvəzləyəcək. İspaniyalı uğursuz nəticələr üzündən postundan kənarlaşdırılıb.