“Borussiya”nın ulduzu millinin oyunlarını buraxacaq
Dortmund “Borussiya”sının futbolçusu Erlinq Holand Norveç milli komandasının oktyabrdakı oyunlarını buraxacaq. Buna ulduz hücumçunun zədəsi səbəb olub.
Zədədən sonra bərpa prosesi keçən 21 yaşlı forvard hələ tam hazır deyil. O, eyni səbəbdən “Borussiya”nın son iki matçını buraxıb.
Erlinqin yoxluğunda Norveç millisi DÇ-2022-nin seçmə mərhələsində iki matça çıxacaq. Şimallılar oktyabrın 8-də Türkiyə, üç gün sonra Monteneqro ilə qarşılaşacaq.