Ranyeri imtina etdi
Klaudio Ranyeri “Montsa”nı çalışdırmaqdan imtina edib. 70 yaşlı mütəxəssis əvvəllər də baş məşqçisi olduğu komandaya qayıtmaq istəməyib.
Covanni Stroppanı istefaya göndərən klub rəhbərliyi Ranyeriyə təklif göndərib. Lakin mütəxəssis bu variantı rədd edib.
Ranyerinin son iş yeri ötən mövsüm rəhbərlik etdiyi “Uotford” olub. “Montsa”nı müvəqqəti baş məşqçi Raffaele Palladino çalışdırır.