Ramos yenə zədələndi
PSJ-nin futbolçusu Serxio Ramos yenidən zədələnib. İspaniyalı müdafiəçi Fransa kubokunun 1/8 finalında oynaya bilməyəcək.
Onun “Nitsa” ilə sabahkı matçı buraxmasına əzələsində problem səbəb olub. 35 yaşlı futbolçunun nə vaxt meydana dönəcəyi gələn həftənin ortalarında gerçəkləşəcək təkrar müayinədən sonra bilinəcək.
Qeyd edək ki, Serxio cari mövsüm Liqa1-də cəmi 4 oyun keçirib və 1 qol vurub.