Nadaldan yeni rekord: 21-ci çempionluq

Nadaldan yeni rekord: 21-ci çempionluq

“Australian Open”də kişilərin turnirinə yekun vurulub. Dünyanın beşinci raketkası Rafael Nadal turnirin qalibi olub.

İspaniyalı finalda rusiyalı Daniil Medvedevə qalıb gəlib – 2:6, 6:7, 6:4, 6:4, 7:5. 2007-ci ildə keçirilən “Uimbldon”dan sonra ilk dəfə Nadal iki setdəki məğlubiyyətdən sonra dönüş yarada bilib.

Bu, onun “Australian Open”də ikinci tituludur. Nadal ilk dəfə 2009-cu ildə Melburnda qalib adını qazanıb.

Rafael karyerasında 21-ci dəfə “Böyük dəbilqə”nin çempionu olub. O, Rocer Federerlə Novak Cokoviçi keçərək yeni rekorda imza atıb.

ETOPAZ

Əvvəlki yazı

Ramos yenə zədələndi

Növbəti yazı

Günün kuponu – 31.01.2022