Günün kuponu – 31.01.2022
“Eştoril”-“Pasuş Fereyra” ALT2.5
Portuqaliya çempionatına yaxşı başlayan “Eştoril” hazırda böhranlı günlərini yaşayır. Altı oyundu qələbə qazana bilməyən meydan sahibləri ardıcıl 5 məğlubiyyətə üzülüb. Hazırda “Eştoril” 7-ci sıradadır. Son 5 oyunda 8 xal toplayan “Pasuş Fereyra” stabil oyun nümayiş etdirir. 13-cü pillədə olmasına baxmayaraq qonaqlar son matçlarda yaxşı təsir bağışlayır. Bu dueldən məhsuldar nəticə gözləmirəm.
“Portsmut”-“Çarlton” ÜST2.5
Birinci liqada yarışan komandalar liderlərdən xeyli dərəcədə uzaq düşüb. “Portsmut” 11, “Çarlton” isə 15-ci sıradadır. Meydan sahibləri ardıcıl 4 oyun qələbəyə həsrət qalıb. Statistika qonaqların tərəfindədir. Son oyunlarda “Çarlton” “Portsmut”a qarşı daha uğurlu çıxış edib. Hər iki tərəf qol vurmağı çox sevdiyindən ÜST2.5 seçimi daha real görünür.
“Kasa Pia”-“Penafyel”
Portuqaliya sequndasında azarkeşləri maraqlı oyun gözləyir. “Kasa Pia” 19 oyundan sonra 36 xalla ikinci yerdədir. “Penafyel” isə 9-cu sıraya düşüb. Hər iki komanda sequndada ən çox qol vuranlar sırasındadır. Fikrimcə qol\qol seçiminin doğrulmaq şansı yüksəkdir.