Ramoş PSJ-ni tərk etməyəcək
Qonçalo Ramoş Luis Enrikenin oyun tərzinə uyğunlaşa bilmir. PSJ rəhbərliyi onunla bağlı vəziyyəti şərh edib.
Klub rəsmiləri futbolçunun cari transfer pəncərəsi zamanı komandanı tərk etmək ehtimalının olmadığını bildirib. Bununla belə, parislilər portuqaliyalı hücumçu üçün sərfəli təklif alarsa, bunu nəzərdən keçirməyə hazırdır.