Caka ilin futbolçusu seçildi
İsveçrədə ilin futbolçusu bəlli olub. Bu ada “Bayer”in yarımmüdafiəçisi Qranit Caka layiq görülüb.
Bu, onun karyerasında üçüncü belə mükafatıdır. İlk dəfə 2017-ci ildə ölkəsinin ən yaxşısı seçilən Caka ötən il də bu mükafatın sahibi olub.
Bu mövsüm o, 24 matçda meydana çıxıb və 1 məhsuldar ötürmə edib. Həmçinin, 2023-cü ilin payızında Caka İsveçrə millisində keçirilən oyunların sayına görə mütləq rekordçu olub.