Rafinyaya Premyer Liqadan təklif

Rafinyaya Premyer Liqadan təklif

“Barselona”nın hücumçusu Rafinya karyerasına yenidən İngiltərədə davam etdirə bilər. “Tottenhem” braziliyalı futbolçunu heyətinə qatmaq niyyətindədir.

Londonlular 27 yaşlı vinger üçün İspaniya təmsilçisinə rəsmi təklif göndərəcək. Premyer Liqa klubu onunla hücum xəttini gücləndirməyi düşünür.

Rafinya La Liqa klubuna “Lids”dən keçib. Cənubi amerikalının müqaviləsi 2027-ci ilin yayında başa çatacaq.

ETOPAZ

Əvvəlki yazı

“Yuventus”un Vlahoviç planı

Növbəti yazı

Verner qərarını verdi