“Yuventus”un Vlahoviç planı

“Yuventus”un Vlahoviç planı

“Yuventus” futbolçusu Duşan Vlahoviçlə müqaviləni uzatmağı planlaşdırır. İtaliya klubu serbiyalı hücumçunun yeni anlaşması ilə bağlı danışıqlara start verib.

Forvardın agenti Darko Ristiç bu məqsədlə Turinə yollanıb. Yeni müqavilə 2028-ci ilin yayına qədər olması nəzərdə tutulub. Tərəflər maaşla bağlı məsələni müzakirə edirlər.

Duşan 2022-ci ilin yanvarında “Fiorentina”dan “Yuventus”a keçib. Transfer 70+10 milyon avroya gerçəkləşib.

ETOPAZ

Əvvəlki yazı

Şimali Amerikada finalçılar müəyyənləşdi

Növbəti yazı

Rafinyaya Premyer Liqadan təklif