Rəhim Sadıxov “Sumqayıt”da

Rəhim Sadıxov “Sumqayıt”da

“Sumqayıt” növbəti transferini reallaşdırıb. Klub heyətini Azərbaycan millisinin futbolçusu Rəhim Sadıxovla gücləndirib.

Bunu “Gənclik şəhəri” təmsilçisinin mətbuat xidməti açıqlayıb. “Zirə” ilə müqaviləsi bitən yarımmüdafiəçi sabiq komandasına qayıdıb. Sadıxovla 2+1 illik müqavilə imzalayıb. 

27 yaşlı futbolçu 2019-2022-ci illərdə də bu klubun şərəfini qoruyub. Rəhim həmin vaxt 66 matçda 16 qolla yadda qalıb.

ETOPAZ

Əvvəlki yazı

“Neftçi”də ayrılıq

Növbəti yazı

“Neftçi”də növbəti vida