Rəşad Sadıqov “Zirə”də qaldı
“Zirə” baş məşqçisi Rəşad Sadıqovu komandada saxlayıb. Klub onunla müqavilənin müddətini uzadıb.
Bunu “qartallar”ın mətbuat xidməti açıqlayıb. Paytaxt təmsilçisi 41 yaşlı mütəxəssis və məşqçilər korpusunda yer alan digər çalışdırıcılarla 2 illik yeni müqavilə imzalayıb.