Günün kuponu – 22.06.2023

Günün kuponu – 22.06.2023

Almaniya U 21 – İsrail U 21 1

Almaniya son Avropa çempionudur və bu yarışın da favoritlərindəndir. İsrailin final mərhələsinə yüksəlməsi artıq uğur sayıla bilər. Almanların ciddi çətinliklə üzləşəcəyini güman etmirəm.

Çexiya U 21 – İngiltərə U 21 2

Çexiya zəif komanda olmasa da, İngiltərə ilə oyunları alınmır. İngilislər seçmə mərhələdə bu rəqibi iki dəfə məğlub edib. Bu dəfə də favoritin qalib gələcəyini düşünürəm.

Fransa U 21 – Italiya U 21 ALT 2.5

Bir-birinə layiq iki komandanın duelində rəqiblər ilk növbədə müdafiənin etibarlı olmağına çalışacaq. Ehtiyatlı oyun və məğlub olmamaq düşüncəsi isə çox qol vəd etmir.

Anar Şabanoğlu

İdman jurnalistikasını izləyənlər 23 ildir Anar Şabanoğlu imzası ilə tanışdır. Anar Şəban oğlu Səid 1982-ci ildə Gədəbəy şəhərində dünyaya gəlib. Gənc yaşlarından ölkənin ən populyar idman qəzeti "Futbol+"də bu sahədə fəaliyyətinə başlayıb. "İdman", "Futbol+qol" və "Sovetskiy Sport" nəşrləri ilə əməkdaşlıq edib. Ölkəmizin əksər aparıcı qəzetləri və idman saytlarında yazıları çıxıb. CBC Sport yaranandan bu telekanalda çalışıb. "Neftçi" Peşəkar Futbol Klubunun mətbuat katibi olub. 2021-ci ildə Azərbaycanda ilin idman jurnalisti seçilib

Əvvəlki yazı

Rəşad Sadıqov “Zirə”də qaldı

Növbəti yazı

Sürpriz kupon – 22.06.2023