“Qəbələ”dən növbəti transfer

“Qəbələ”dən növbəti transfer

“Qəbələ” heyətinə daha bir futbolçu qatıb. Bunu klubun mətbuat xidməti açıqlayıb.

Konqo milli komandasının yarımmüdafiəçisi Domi Jaures Massoumo ilə 2 illik müqavilə imzalanıb.

21 yaşlı futbolçu bunadək vətənində “Otoho d’Oyo” və “Diables Noirs” klublarında forma geyinib. O, klub karyerasında iki dəfə ölkə çempionu olub, bir dəfə gümüş mükafat qazanıb.

Qeyd edək ki, 2023-cü ildən Konqo millisinə çağırılan Domi 3 oyun keçirib.

ETOPAZ

Əvvəlki yazı

“Bavariya”da itki

Növbəti yazı

Günün kuponu – 21.08.2024