Günün kuponu – 21.08.2024
Yanq Boys – Qalatasaray 2
Cütün favoriti olan Türkiyə çempionu mərhələnin taleyini ilk oyunda həll etməyə çalışacaq. Qalatasarayın rəqiblə müqayisədə daha keyfiyyətli heyəti var. Məncə “cim-bom” elə ilk oyunda qələbə qazanacaq.
Midyullend – Slovan Bratislava QOL/QOL
“Midyullend” qələbəyə daha yaxın görünsə də, “Slovan” süpriz edə bilər. Son illər uğurlu nəticələri ilə diqqət çəkən Slovakiya çempionu asan rəqib deyil. Danimarkalıların müdafiə xəttindəki problemləri də nəzərə alsaq “Slovan”ın qol vuracağını ehtimal edə bilərik. Məncə “Midyullend” də meydanı qolsuz tərk etməyəcək.
Dinamo Kiyev – Salzburq 2,5 ÜST
Bu mərhələnin ən maraqlı oyunlarında biri bizi gözləyir. Həm “Salzburq”un, həm də “Dinamo Kiyev”in hücum potensialı göz önündədir. Açıq futbolu sevən “Salzburq” “Dinamo”ya da eyni oyunu “təklif” edəcək. Bizi bol qollu qarşılaşma gözləyir.