Qvardiola 100-ə çatdı: Vengerin rekordu qırıldı

Qvardiola 100-ə çatdı: Vengerin rekordu qırıldı

İngiltərə Premyer Liqasının 29-cu turunun mərkəzi oyununda “Mançester Siti” “Liverpul”u qəbul edib. Məhəmməd Salah 17-ci dəqiqədə hesabı açsa da, qonaqlar üstünlüyünü qoruya bilməyib. İlk yarıda Xulian Alvares, fasilədən sonra Kevin de Bruyne, İlkay Gündoğan və Cek Qriliş mançesterlilərə əzmkar böyükhesablı qələbə qazandırıb.

Bu, Qvardiolanın Premyer Liqada evdə qazandığı 100-cü uğur olub. O, bu rəqəmə 128-ci sınaqda çatıb. Qvardiola Arsen Vengerin rekordunu qırıb. Fransalı “Arsenal”da 100-cü ev qələbəsini 139-cu görüşdə əldə edib.

ETOPAZ

Əvvəlki yazı

Gəncədə bir qol

Növbəti yazı

Milner Lemparda çatdı