Deşam rekordun bir addımlığında
AVRO-2024-də ilk oyununu keçirən Fransa millisi baş məşqçisi Didye Deşamın rəhbərliyi altında 6-cı final mərhələsində mübarizəyə başlayıb. “Xoruzlar” mütəxəssisin başçılığı ilə üç dünya, üç Avropa çempionatında meydana çıxıb.
Deşam “Köhnə qitə” yığmalarında ən azı 6 belə turnirə qatılan 4-cü mütəxəssisdir. Fransalı Helmut Şon və Fernandu Santuşa çatıb.
Azərbaycan millisinin indiki baş məşqçisi Yunanıstan və Portuqaliya ilə ümumilikdə 3 dünya, 3 qitə çempionatında iştirak edib. Şon isə Almaniyanı 4 dünya və 2 Avropa çempionatında uğura daşıyıb.
Bu üç mütəxəssis rekordçudan bir turnir geri qalır. Avropa rekordu Yoahim Lövdədir. O, Almaniyaya 3 dünya, 4 qitə çempionatında rəhbərlik edib.