Milner Lemparda çatdı
Ceyms Milner İngiltərə Premyer Liqasında ən çox oyun keçirən futbolçular siyahısında Frenk Lemparda çatıb. “Liverpul”un futbolçusu 29-cu turun “Mançester Siti” ilə səfər görüşündə (1:4) meydana çıxıb.
Bu, yarımmüdafiəçinin 609-cu matçı olub. Milnerlə Lempard yalnız iki futbolçudan geri qalır.
Rekord Qaret Berriyə məxsusdur – 653 oyun. Rayan Qiqqz 632 oyun keçirib.