Qurbanovla 250-ci qələbə

Qurbanovla 250-ci qələbə

“Qarabağ” baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında Premyer Liqada 250-ci qələbəsini qazanıb. Bu, XVI turdan təxirə salınan “Sumqayıt”la oyunda gerçəkləşib. 5:0 hesabı ilə qalib gələn Ağdam klubu 50 yaşlı mütəxəssislə 250-ci dəfə üç xal qazanıb.

2008-ci ilin yayından “Qarabağ”ı çalışdıran Qurbanov bu müddətdə komandanı 416 çempionat görüşünə çıxarıb. Bunların 250-sində qələbəyə sevinən mütəxəssis 105 heç-heçə və 61 məğlubiyyət də yaşayıb.
Qeyd edək ki, Qurbanov həm bir komanda ilə, həm ümumi qələbə sayında baş məşqçilər arasında ölkə çempionatları tarixinin rekordçusudur.

ETOPAZ

Əvvəlki yazı

14 ildən sonra uğursuzluq

Növbəti yazı

Vinisiusdan ilk