Vinisiusdan ilk
“Real”ın futbolçusu Vinisius Junior karyerasında ilk het-trikə imza atıb. Braziliyalı ulduz La Liqanın “Levante” ilə matçında fərqlənib.
O, 6:0 hesablı qələbəyə üç qolla töhfə verib. 21 yaşlı futbolçu bu matçda məhsuldar ötürmə ilə də yadda qalıb.
Vinisius mövsümün 50 matçında 21 qol və 15 assist müəllifi olub.