Qurban Qurbanova həsr olunan filmin təqdimatı keçirildi

Qurban Qurbanova həsr olunan filmin təqdimatı keçirildi

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova həsr olunan “Stadionlar səssiz olanda” filminin təqdimat mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin dəstəyi ilə istehsal olunan idman dramı mütəxəssisin futbolçu və məşqçi karyerasından bəhs edir.

Filmdə Qurbanovun ötən əsrin 80-ci illərindən başlayaraq həyatı, futbolçu karyerası və Çempionlar Liqasının qrup mərhələsinə yüksəlməsinə qədər məşqçilik fəaliyyəti əksini tapıb. Premyeranı izləyənlər arasında gənclər və idman naziri Fərid Qayıbov, federasiyaların rəhbərliyi, klubların rəsmiləri, idmançılar, idman ictimaiyyəti və media nümayəndələri, filmin yaradıcı heyəti olub.

Qeyd edək ki, “Stadionlar səssiz olanda” filmi noyabrın 30-dan bütün kinoteatrlarda nümayiş olunacaq.

ETOPAZ

Əvvəlki yazı

“Tottenhem”dən uğursuz göstərici

Növbəti yazı

De Bruyne meydanlara qayıdır