Qurban Qurbanov: “Vacib qələbə qazandıq”

Qurban Qurbanov: “Vacib qələbə qazandıq”

“Qarabağ” Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyununda HİK-lə görüşüb. Təmsilçimiz Finlandiya çempionuna 2:1 hesabı ilə qalib gəlib.

Görüşdən sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matç barədə fikirlərini açıqlayıb: “Çox gərgin matç oldu. Hava çox isti idi. Vacib qələbə qazandıq. Futbolçularımı təbrik etmək istəyirəm. Azarkeşlərimizə də dəstəyə görə minnətdaram. Düzü rəqibin zərbələrini saymadım. Əsas öz qol epizodlarımız idi. Bunlar da yüzdəyüz idilər. Futbolçularımı başa düşürəm. Həyəcan, gərginlik vardı. İnşallah, cavab matçında daha yaxşı oynayıb qol şanslarını daha çox istifadə edərlər”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan ev qələbəsi

Növbəti yazı

“Neftçi” – “Beşiktaş” matçında dörd qol