Qurban Qurbanov: “Qrupda iştirak etmək vacibdir”

Qurban Qurbanov: “Qrupda iştirak etmək vacibdir”

Avropa Liqasının pley-offunda “Olimpiya” ilə qarşılaşan “Qarabağ” ev oyununda 1:1 hesablı heç-heçəyə imza atıb. Matçdan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib.

51 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib: “Futbolçularımı təbrik edirəm. Azarkeşlərimizə təşəkkür edirəm. Onların hər birinə təşəkkür edirəm. Çox gərgin oyun olsa da, nəticə bizi qane etdi. Heç bir futbolçuya irad bildirmək istəmirəm, çox əziyyət çəkdilər. Bu gün problemlərimiz var idi. Buna baxmayaraq bizim üçün qrupda iştirak etmək vacibdir. Hansısa uğuru əldə etmək, hansısa səviyyəyə çatmaq asandır, qalmaq çətindir. Yenə də öz azarkeşlərimizi Avropa futbolundan ayırmadıq. Ən azından ilin sonuna kimi olacaq avrokubok. Böyük təcrübə oldu. Heyətdə dəyişikliklər var idi. Futbolçuların bir neçəsi belə gərgin qrafikdə oynamamışdı. Bu gün bunu hiss etdilər. İnanıram ki, qarşıdakı illərdə bu xarakter bizə kömək olacaq”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Avropa Liqasının qrupunda

Növbəti yazı

Azərbaycan mövqeyini qorudu