“Qarabağ” Avropa Liqasının qrupunda

“Qarabağ” Avropa Liqasının qrupunda

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə yüksəlib. Qurban Qurbanovun yetirmələri buna turnirin pley-offunda nail olub.

Azərbaycan çempionu bu raundda Sloveniyanın “Olimpiya” klubunu yolundan kənarlaşdırıb. Ötən həftə səfərdə 2:0 hesablı qələbə qazanan Ağdam klubu rəqibini bu gün Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edib.

Görüşdə hesabı “Qarabağ” açıb. Toral Bayramov penaltini dəqiq yerinə yetirib. Sloveniya çempionu ilk yarının sonlarında vurulan qolla hesaba tarazlıq gətirib. Qarşılaşmanın ikinci yarısında hesab dəyişməz qalıb – 1:1.

Bu nəticə təmsilçimizi Avropa Liqasının qrupuna daşıyıb. “Olimpiya” isə Konfrans Liqasının qrupuna düşüb.

Bu, “Qarabağ”ın avrokubokların qrupunda 10-cu cəhdi olacaq. Təmsilçimiz 2017/18 mövsümündə Çempionlar Liqası, 2014/15, 2015/16, 2016/17, 2018/19, 2019/20, 2020/21, 2022/23 mövsümlərində Avropa Liqası, 2021/22 mövsümündə Konfrans Liqasının qrupunda mübarizə aparıb.

Qeyd edək ki, hər iki turnirdə qrup mərhələsinin püşkatması sabah keçiriləcək.

ETOPAZ

Əvvəlki yazı

Haland Avropanın ən yaxşısı seçildi

Növbəti yazı

Qurban Qurbanov: “Qrupda iştirak etmək vacibdir”