Qurban Qurbanov: “Qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır”

Qurban Qurbanov: “Qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır”

Konfrans Liqasının qrup mərhələsinin III turunda Qazaxıstan çempionu “Kayrat”la görüşən “Qarabağ” 2:1 hesablı əzmkar qələbə qazanıb. Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında qarşılaşma barədə fikirlərini açıqlayıb:

“Furbolçularımı təbrik edirəm. Çox yaxşı komandaya qarşı oynadıq. Rəqib standart vəziyyətlərdən yaxşı yararlanan kollektivdir. Hücumlara çox tez çıxırdılar. İlk yarıda onlar, ikinci hissədə isə biz onlara çətinliklər yaratdıq. Bu gün futbolçuların daha istəkli olduğunu gördüm. Möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Onların yanımızda olması futbolçulara güc verdi. Hər birinə təşəkkür edirəm. Bizim qarşıdakı 3 oyundakı hədəfimiz 9 xaldır. İki səfər oyunumuz qalıb. Rəqiblər həddindən artıq ciddi yanaşacaqlar. Bu turnirdə və 3 xallıq sistemdə arxayınlaşmaq olmaz. Rəqibin “Bazel”ə 2:4 hesabı ilə uduzması bizi aldatmalı deyil. Bakıda daha yaxşı oynadılar. Qrupdakı hər üç xal bizim üçün üstünlükdür. Qarşıdakı oyunlara ciddi yanaşmalı və inamımızı artırmalıyıq. Oyunçular daha peşəkar olmalıdırlar”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ”dan əzmkar qələbə

Növbəti yazı

Avropa Liqasında həftənin oyunçusu adına namizədlər