Qurban Qurbanov: “Futbolçulardan daha yaxşı oynamağı tələb etmişəm”

Qurban Qurbanov: “Futbolçulardan daha yaxşı oynamağı tələb etmişəm”

“Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin sabah keçiriləcək VI turunda “Bazel”lə qarşılaşacaq. İsveçrə klubu ilə matç ərəfəsində Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı baş tutub. 49 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini açıqlayıb:  

“Sabah ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. Qarşılaşmaya ciddi hazırlaşmışıq. Futbolçulardan daha yaxşı oynamağı tələb etmişəm. Qrupun son matçı olduğundan bu görüşün evdə və ya səfərdə keçirilməsinin heç bir önəmi yoxdur. Çox istərdim ki, futbolçular bu oyunu inamlı şəkildə sona çatdırsınlar”.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 09.12.2021

Növbəti yazı

“Barselona” və “Sevilya” Çempionlar Liqası ilə vidalaşdı