Sürpriz kupon – 09.12.2021
“Bazel” – “Qarabağ” – 2 [nowbetnow-dynamic dyn_code=911]
Hər iki komanda məqsədinə nail olub. Bu matç qrupda birinci pillənin sahibini müəyyənləşdirəcək. Birinci yeri tutan klub 1\16 final deyil, birbaşa 1\8 finalda oynayacaq. Üstəlik daha çox pul qazanacaq. Əlavə olaraq nisbətən zəif komandaya rəqib olacaq. Bakıdakı oyunda daha yaxşı təsir bağışlayan “Qarabağ”ın səfərdə minimal hesablı qələbəsinə inanıram.
“Napoli” – “Lester” – QQ [nowbetnow-dynamic dyn_code=912]
Qrupda vəziyyət çox qarışıqdır. İngiltərə təmsilçisi qələbə qazanmaqla liderliyi təmin edəcək. “Napoli” klubuna da qələbə hava-su kimi vacibdir. Heyətdə ciddi itkilərlə yanaşı əsas oyunçulardan Kulibali də oynamayacaq. A seriyasında “İnter” və “Atalanta”ya uduzan “Napoli” də vəziyyət çox pisdir. Fikrimcə qol\qol daha real seçimdir.
“Vest Hem” – “Dinamo Zaqreb” – QQ [nowbetnow-dynamic dyn_code=908]
Meydan sahibləri üçün formal xarakter daşıyır. Ölkə çempionatında “Liverpul”, “Çelsi”yə qalib gələn “Vest Hem” 13 xalla qrup liderliyini təmin edib. Bu oyuna ikinci heyətlə çıxacağı gözlənilir. Amma Zaqreb təmsilçisi üçün nəticə önəmlidir. “Vest Hem” favorit göstərildiyi görüşdə hər iki komandanın qol vuracağını düşünürəm.