Qurban Qurbanov: “Düzgün müdaxilələr etdik”
Avropa Liqasında qrup mərhələsi start götürüb. “Qarabağ” ilk matçına çıxıb.
Ağdamlılar “Frayburq”a məğlub olub – 1:2. Oyundan sonra Qurban Qurbanovun mətbuat konfransı keçirilib. O, fikirlərini bölüşüb:
“Yaxşı mübarizə aparmaq istəyirdik. Rəqibdən çəkinmirdik. İlk 10-15 dəqiqə futbolçularda həyəcan yarandı. Daha sonra düzgün müdaxilələr etdik. Qarşıdakı matçlara hazırlaşacağıq. Bacardığımız qədər irəli getməyə çalışacağıq. Rəqib komandanı və baş məşqçini təbrik edirəm”.