“Qarabağ” Almaniyadan xalsız dönür

“Qarabağ” Almaniyadan xalsız dönür

Avropa Liqasında qrup mərhələsinə start verilib. Təmsilçimiz “Qarabağ” da mübarizəyə başlayıb.

G qrupunda yer alan komanda “Frayburq”un qonağı olub. Almaniyada keçirilən görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Ağdamlıların heyətində Marko Veşoviç fərqlənib.

Qeyd edək ki, “Qarabağ” növbəti matçını sentyabrın 15-də evdə “Nant”a qarşı keçirəcək.

ETOPAZ

Əvvəlki yazı

“Nottingem Forest”dən növbəti transfer

Növbəti yazı

Qurban Qurbanov: “Düzgün müdaxilələr etdik”