Qurban Qurbanov: “Bunu reallaşdıra bilməməyimizə üzülürəm”

Qurban Qurbanov: “Bunu reallaşdıra bilməməyimizə üzülürəm”

Avropa Liqasının qrup mərhələsinin 5-ci turuna yekun vurulub. “Qarabağ” “Nant”la qarşılaşıb.

Matç Fransa təmsilçisinin qələbəsi ilə başa çatıb – 2:1. Oyundan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“İkinci hissədə rəqib aktiv oyunçuları meydana buraxdı. Yenə də 90 dəqiqə futbolçularım mükəmməl oynadılar. Hətta hesab 1:1 olarkən də müdafiədə oturmadıq. Futbolun gözəlliyi budur ki, son saniyələrdə qol olur. Futbolçular üzgündürlər. Hər birinə yaxınlaşdım, təsəlli verdim. Son saniyələrdə bütün azarkeşlər bizdən bəlkə də, qələbə qolu gözləyirdilər. Bunu reallaşdıra bilməməyimizə üzülürəm. Daha da gərginliyə tab gətirməliyik”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” Fransadan xalsız dönür

Növbəti yazı

Ölkəmizin yeri dəyişmədi