Qurban Qurbanov: ”Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

Qurban Qurbanov: ”Bu qələbə bizi arxayınlaşdırmamalıdır”

Avropa Liqasında pley-off mərhələsinin ilk matçları keçirilir. ”Qarabağ” səfərdə “Olimpiya”nı məğlub edib – 2:0.

Matçdan sonra ağdamlıların çalışdırıcısı Qurban Qurbanovun mətbuat konfransı keçirilib. Sizi mütəxəssisin fikirləri ilə tanış edirik:

“Bu qələbə bizi arxayınlaşdırmamalıdır. Çox yaxşı oyun keçdi. Hər iki komanda topla rəftarı xoşlayırdı. Komandaların düşünülmüş, maraqlı hücumları oldu. Bu, hələ ilk matç idi. “Olimpiya” ilə cavab görüşünə buradakından da ciddi yanaşmalıyıq. Çünki onların potensialları çox böyükdür. İstənilən vaxt təhlükəli vəziyyətlər yaradırlar. Hər an qol vurmaq qabiliyyətinə malikdirlər. Qarşıdakı 90 dəqiqədə hələ xeyli güc sərf etməli olacağıq”.

ETOPAZ

Əvvəlki yazı

“Qarabağ” ”Olimpiya”nı məğlub etdi

Növbəti yazı

“İnter”dən Fransaya