Qurban Qurbanov: “Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”

Qurban Qurbanov: “Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq”

“Qarabağ” UEFA Avropa Konfrans Liqasının pley-off mərhələsində “Marsel” ilə görüşəcək. Oyundan öncə ağdamlıların baş məşqçisi Qurban Qurbanovun mətbuat konfransı keçirilib. 50 yaşlı mütəxəssis qarşılaşma barədə fikirlərini bildirib:

“Bu oyun bizim üçün böyük təcrübə olacaq. “Marsel”in böyük avrokubok təcrübəsi, yaxşı futbolçuları və baş məşqçisi var. Öz komandama güvənirəm. Burada layiqli oyun göstərmək, yaxşı mübarizə aparmaq istəyirik. İlk dəfədir qrupdan çıxmışıq və belə bir oyuna hazırlaşmışıq. Ən yaxşı oyunlarımızdan birini göstərməyə çalışacağıq. İlk matçda rəqibi daha yaxından tanıyacaq, görüşün gedişində onların gücünü tam biləcəyik. Buraya azarkeşlərimizi sevindirmək üçün gəlmişik”.

Qeyd edək ki, “Marsel” – “Qarabağ” matçı sabah saat 00:00-da start götürəcək.

ETOPAZ

Əvvəlki yazı

Sürpriz kupon – 17.02.2022

Növbəti yazı

Abdullah Zubir: “Təcrübəli rəqiblə qarşılaşmaq üçün gəlmişik”