Sürpriz kupon – 17.02.2022
“Marsel” – “Qarabağ” – ALT3.5
Meydan sahibləri mübaliğəsiz olaraq cütün favoritidi. “Qarabağ” cari avrokubok mövsümündə ən güclü rəqibinə qarşı çıxış edəcək. “Marsel”in heyətində itki yoxdur. Xorxe Sampaolinin yetirmələri Fransa çempionatında yalnız PSJ-dən geri qalır. Artıq Çempionlar Liqasına vəsiqə qazandığından Konfrans Liqasına da ciddi yanaşacaqlarını düşünürəm.
“Zenit” – “Betis” – ÜST2.5
Rusiya təmsilçisində problem az deyil. Əvəzində “Betis” qış dövründə çox yaxşı oyun nümayiş etdirir. Son yeddi matçdan altısında qələbə qazanan İspaniya təmsilçisi səfərdə də iddialıdır. Tərəflər yalnız bir dəfə 2015-ci ildə qarşılaşıb. Yoldaşlıq matçında “Zenit” 3-0 hesablı qələbə qazanıb. Qonaqların qələbə qazanacağı real görünür.
“Borussiya Dortmund” – “Reyncers” – QOL/QOL
Dortmund təmsilçisi son aylar stabil oyun sərgiləmir. Bu mənada nəticəni proqnozlaşdırmaq asan deyil. “Reyncers” Şotlandiya çempionatında “Seltik”ə uduzmaqla əsas rəqibini turnir cədvəlində irəli buraxdı. İlk oyunda hər iki komandadan qol gözləyirəm.